Nərimanov rayonunda “Junior Show Your Dance 2018” adlı rəqs müsabiqəsi keçirilib.

          Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş “Junior Show Your Dance 2018” adlı rəqs müsabiqəsi keçirilib.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Zamin Əhmədov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşı Elnarə Mirzəyeva, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin müəllim heyəti, şagirdləri, valideynlər və fəal gənclər iştirak etmişlər.
Qeyd edək ki, müsabiqə 3 mərhələdən ibarət olmuşdur: 2 seçim turları və final mərhələsi. Ümumiyyətlə müsabiqədə 18 məktəbdən 60 nəfər şagird iştirak etmişdir. Final mərhələsinə 10 nəfər vəsiqə qazanmışdır. Final mərhələsində gərgin mübarizə nəticəsində 3 nominasiya üzrə (milli rəqs, müasir rəqs və xarici rəqs) qaliblər müəyyən olmuşdur. Eyni zamanda müsabiqənin final mərhələsində qalib məktəblərlə yanaşı, “Gülüm” rəqs qrupu və “Show Your Dance” 2017-2018 ci illərin qalibləri, İdman Akademiyasının tələbələri çıxış etmişlər.
Sonda qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə, eyni zamanda münsiflər heyəti təşəkkürnamələr ilə təltif olunmuşlar. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir