Gənclər gününə həsr olunmuş Yasamal rayon gənclərinin yekun toplantısı keçirilmişdir.

          Yasamal rayon Heydər Əliyev Mərkəzind 2 fevral – Azərbaycan gənclər gününə həsr olunmuş Yasamal rayon gənclərinin yekun toplantısı keçirilmişdir. Toplantıda Yasamal rayon İcra Hakimiyyətinin başçısı  Əziz Əzizov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, millət vəkili Elşad Həsənov və YAP GB- nin sədr müavini Samirə Quliyeva,rayonun ictimai-mədəni həyatında fəal olan gənclər  iştirak etmişlər.

          Toplantıda gənclər gününün yaranma tarixi və dövlətin gənclərə göstərdiyi qayğıdan danışılıb.  Azərbaycan Gənclər gününün Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsisi edildiyi vurğulanıb və gənclər cəmiyyətin aparıcı qüvvələrindən birinə çevrilib.

            Sonra müxtəlif sahələrdə fərqlənən bir qrup gənc mükafatlandırılıb. Tədbir çərçivəsində rayon gənclərinin rəsm işlərindən ibarət sərgi də nümayiş olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir