Sabunçu rayonunda 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd edildi

     Sabunçu Gənclər Evində 2 Fevral- Azərbaycan Gəncləri Günü  qeyd edildi.  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov,YAP-ın Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, spikerlər Misirxan Həsənov, Kamil Musavi, Ləman Rəhmanlı, İnqilab Şahbazov,  gənclər təşkilatlarının fəalları iştirak ediblər.

       Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcovanın çıxışı ilə tədbir açıq elan edilib. Çıxışı zamanı o, hər bir gəncin məqsədinin ümummilli liderimiz Heydər Əliyevin yolunu izləyərək onun gənclərə verdiyi böyük dəyərə layiq olub, Azərbaycana faydalı gənc olmağa səsləyib.

        Bakı şəhər Gənclər Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov  çıxış edərək  Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin rolundan,  idmanın və gənclər siyasətinin Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirmiş, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığının artırılması işində böyük rol oynadığını qeyd edərək bütün Azərbaycan gənclərini “2 fevral gənclər günü” münasibətilə təbrik etmişdir.və İdman Baş İdarəsinin rəisiRaqif Abbasovdövlət gənclər siyasətinin uğurlarından danışıb, gəncləri yaradılan imkanlardan yararlanmağa çağırıb.

         Daha sonra öz sahəsində mühüm nailiyyətlər qazanmış gənclər çıxış edərək iştirakçılara  öz  uğur hekayələrindən bəhs ediblər.

          Müzakirələrlə davam etdirilən tədbirin rəsmi hissəsi, fəxri qonaqların “Uğurun əl izi” adlı  guşəsinə imza atmaqla sonlandı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir