Kung-Fu üzrə Bakı şəhər açıq çempionatı keçirilib.

       Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Kung-Fu federasiyasının birgə təşkil etdiyi açıq Bakı çempionatı keçirilib. İki gün davam edən yarışda 25 komandanın heyətində 250 -dən çox idmançı mükafatlar uğrunda mübarizə aparıb. Açıq Bakı şempionatında Bakı ilə yanaşı bölgələrdən gəlmiş yeniyetmə və gənclər də qüvvəsini sınayıb. Yeniyetmələrin yarışında Şəfa Məmmədov bütün həmyaşıdlarından güclü olub, Asim və Tahir İsmayılovlar 45 və 48 kq çəki dərcələrində fəqrləniblər. Çəkisi 42 kq-a qədər olan gənclərin yarışı Sahil Əsgərovun qələbəsi ilə yekunlaşıb. İbrahim Soltanov 52 kq çəkidə bütün rəqiblərini üstələyib. Ağırlığı 60 kq-a qədər olan döyüşçülərin mübarizəsi Rəşad Rufullayevin zəfəri ilə yadda qalıb. Hüseyn Rəsulzadə və Bəxtiyar Orucov müvafiq olaraq 65 və 75 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir