Üzgüçülük üzrə “Qızıl balıq” Bakı şəhər açıq birinciliyi keçirilmişdir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Abşeron Olimpiya İdman Kompleksində üzgüçülük üzrə “Qızıl balıq” Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Birincilikdə 166 nəfər idmançı iştirak etmişdir. Nəticələrə görə 50 m məsafəyə arxasıüstə üsulla Sofiya Hacıyeva (Akvatik İK), Timur Nikiforov (AAM), 50 m məsafəyə sərbəst üsulla Nikol Matyuşenko (AAM), Oqtay Hüseynov (Şüa İK), 50 m məsafəyə batterflay üsulla Xədicə Nəzərli (Akvatik İK), İbrahim Salmanov (Akvatik İK), 100 m məsafəyə sərbəst üsulla Eva Şipova (Akvatik İK), İslam Yanqliçev (Şüa İK), 100 m məsafəyə qarışıq üsulla Nikol Matyuşenko (AAM), Oqtay Hüseynov (Şüa İK), 50 m məsafəyə brass üsulla Veronika Şandıbina (AAM), Zaur Mahmudov (Kristal İK), 4×50 m qarışıq üsulla estafetdə Şüa İK, 4×50 m sərbəst üsulla Akvatik İK I yerlərə layiq görülmüşlər.
Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, kubok və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.