Su polosu üzrə Bakı şəhər birinciliyi keçirilmişdir

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Su İdman Sarayinda böyüklər, gənclər və yeniyetmələr arasında  su polosu üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə MOİK-1, MOİK-2, Akvatik-1, Akvatik-2, RYİUM-1, RYİUM-2, RYİUM-3, RYİUM-4-ü təmsil edən komandalar iştirak etmişdir. Yekun nəticələrə əsasən böyüklər və gənclər arasında  I yerə RYİUM-1, II yerə Akvatik-1, III yeri isə RYİUM-2 komandaları, yeniyetmələr arasında isə I yeri RYİUM-4, II yeri RYİUM-3, III yeri isə MOİK-2 komandaları tutmuşdur. Qalib komandalar müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir