Uşaq Evləri və İnternat Məktəblərinin uşaqları arasında bədii-yaradıcılıq festivalı keçirilmişdir
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Xəzər rayonunda yerləşən valideyn himayəsindən məhrum olmuş 2 saylı internat məktəbində Uşaq Evləri və İnternat Məktəblərinin uşaqları arasında bədii-yaradıcılıq festivalı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin gənclər sektorunun müdiri Zamin Əhmədov gənc istedadları salamlamış, onlara dövlət qayğısının artırıldığını, hər cür imkandan istifadə edərək uşaqların öz yaradıcı qabiliyyətlərinin üzə çıxarılmasını, onların irəliyə gedərək gələcəyə dolğun bir vətəndaş kimi yetişmələrini arzulamışdir. Festivalda iştirak edən kollektivlər musiqi, rəqs, teatr və poeziya nominasiyaları üzrə mübarizə aparmışlar.
Bütün iştirakçılara Baş idarə tərəfindən həvəsləndirici mükafatlatlar təqdim olunmuşdur.