ŞHK-nun ATV televiziya liqasının 1/4 mərhələsinin görüşləri keçirilmişdir

Gənc Tamaşaçılar Teatrında  ŞHK-nun ATV televiziya liqasının 1/4 mərhələsinin  görüşləri  keçirilmişdir. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda ustalıqla yerinə yetirilən tapşırıqları ilə seçilən “Xalxın uşaqları”, “Subaylar”, Bakı Dövlət Universitetinin yığma komandası, “FizAka”, “Genezis” və “Qadınlar batolyonu” komandaları yarımfinal mərhələsinə vəsiqə qazanmışdır.

Komandaların çıxışlarına münsiflər heyətinin üzvləri müğənni Roza Zərgərli, aktyor və aparıcı Elcan Rəsulov, rejissor Aqil M. Quliyev, aktyor və ssenarist Məcid Hüseynov, Şən Hazırcavablar Klubunun rəhbəri Rəşad Əzizov tərəfindən qiymət verilmişdir.

Sonda Şən Hazırcavablar Klubunun rəhbəri Rəşad Əzizov  çıxış edərək ilk növbədə Gənclər və İdman Nazirliyinə, Təhsil Nazirliyinə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinə Şən Hazırcavablar Klubuna göstərdikləri köməyə və dəstəyə görə xüsusi minnətdarlığını bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir