Xocalı faciəsinə həsr edilmiş rəsm sərgisi keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Rəsm Qalereyasında Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş “Xocalı Soyqırımını Unutma” mövzusunda növbəti ənənəvi sərginin mükafatlandırma mərasimi keçirildi. Məlumat üçün bildirək ki, sözügedən sərgidə Bakının müxtəlif rayonlarından 60 məktəbli iştirak edirdi. Nümayiş olunan 50 əsər əsasən qrafik janrda, müxtəlif texnikalarla işlənmişdir. Mükafatlandırma mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş şöbəsinin müdiri Zamin Əhmədov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov iştirak etmişlər.
Qeyd edək ki, münsiflər yeniyetmə rəssamların əməyini layiqincə qiymətləndirərək onlar arasından istedadlılara müvafiq dərəcəli diplom və hədiyyələr təqdim etdilər. Belə ki, Xətai rayonundan Zibaxanım İbrahimova 1-ci yer, Nizami rayonundan İsmət Mirzəli 2-ci yer, Qaradağ rayonundan Arzu Əliyeva isə 3-cü yerə layiq görüldü. Digər 8 iştirakçıya isə həvəsləndirici diplomlar və hədiyyələr təqdim edildi.