Bakı komandası birinci oldu
“Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş 2001-ci il və daha azyaşlılar arasında stolüstü tennis üzrə Azərbaycan birinciliyi sona çatıb. Birincilikdə Sumqayıt, Şəki, Qax, Şabran, Şirvan, Daşkəsən, Gədəbəy, Zərdab, Ağdaş komandaları ilə yanaşı Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş Bakı komandası da iştirak etmişdir.
Yarışın qalibləri:
Komanda yarışlarında
Oğlanlar Qızlar
I yer – Bakı I yer – Şəki
II yer – Sumqayıt II yer – Sumqayıt
III yer – Şabran III yer – Bakı
Şəxsi yarışlarda
Oğlanlar Qızlar
I yer – Məmmədov Emin I yer – Qarayeva Nəzakət
II yer – Ansari İbrahim II yer – Abdulhəmidova Ləman
III yer – Məmmədov Nihad III yer – Cəfərova Fatimə
Qaliblər Gənclər və İdman Nazirliyinin diplomları, Stolüstü Tennis Federasiyasının kubok və medalları ilə təltif olundular.