Paytaxt birinciliyində 639 cüdoçu mübarizə aparır

             Sərhədçi Olimpiya İdman Mərkəzində kiçik yaşlı cüdoçular arasında Bakı şəhər birinciliyinə start verilib. 2007-2009-cu il təvəllüdlü cüdoçuların mübarizə apardığı yarış 3 gün davam edəcək. Paytaxt birinciliyində 75 klubdan 639 cüdoçu medallar uğrunda yarışır. Şəhər çempionatında fərqlənən cüdoçulara medallar,  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir